"2022-ci ildə rəsmi statistikaya görə 13,9 faiz inflyasiya olub. Belə ki, ərzaq məhsullarında 20 faiz, dərman vasitələrində isə 40 faizə yaxın inflyasiya olub. Amma qeyri-rəsmi statistikaya görə inflyasiya bir qədər də çoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, bu il inflyasiyanın qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilməlidir:
"Süni qiymət artımının qarşısının alınması üçün Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir. İnflyasiyanın yüksək olması ilə əlaqədar maaş, pensiya və sosial müavinətlərin artırılmasına ehtiyac var", - deyə V.Əhmədov vurğulayıb.
Anar Kəlbiyev