2023-cü ilin 1-ci rübü ərzində regionlarda əsas kapitala investisiyalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 88 faiz artaraq 1,7 mlrd. manat olub.
"Unikal"ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala 18 milyard 272,3 milyon manat məbləğində, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,0 faiz təşkil edib.