Hesablama Palatasının auditinin Mərkəzi Bankın yalnız inzibati-təsərrüfat fəaliyyətinin əhatə etməsi təklif olunur.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və bu sahəyə aid digər qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, banklarda baş mühasib, filial rəhbəri, daxili audit xidmətini rəhbəri və s. kimi rəhbər şəxslər üçün attestasiya tələbinin ləğv edilməsi kimi yeniliklər gözlənilir.
"Bundan əlavə banklar filial açmaq üçün MB-dən icazə almayacaq", - deyə T.Mirkişili qeyd edib.
Anar Kəlbiyev