Bu günədək 2023-2024-cü tədris ili üzrə 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə olmadan I siniflərə yerləşdirilib.

Bu barədə "Unikal"a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onların 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa I sinfə qəbul olunanlardır.

Qeyd edək ki, növbəti tədris ilində 130 mindən çox uşağın I sinfə qəbulu proqnozlaşdırılır.