Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilir.

"Unikal" xəbər verir ki, humanitar yardım bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınır.

Qeyd edək ki, Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkçələr və digər ləvazimatlar göndərilir.