"Bizim proqnozlarımız illik inflyasiya üzərində qurulur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, bu aydan başlayaraq Mərkəzi Bank inflyasiya proqnozlarını açıqlayacaq.
"Bu aydan AMB həm inlyasiya proqnozları verəcək, həm də iqtisadiyyatımızın digər sahələrinə dair proqnozlar açıqlayacaq. Bura ÜDM, qeyri-neft ÜDM-i və digər makroiqtisadi göstəricilərə dair aktiv proqnozlaşdırma olacaq. Bunu ildə dörd dəfə, yəni rüblük olaraq edəcəyik. Bu, beynəlxalq praktikadır”, - deyə T.Kazımov əlavə edib
Anar Kəlbiyev