"İnflyasiya əvvəlcə yoxsul təbəqəni pis vəziyyətə qoymuşdu, indi orta təbəqənin də vəziyyətinin ağırlaşmasına təsir göstərir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
"Ona görə Mərkəzi Bankın inflyasiya göstəricisinə inanmırıq ki, 2022-ci ildə olduğu kimi, 2023-cü ilin ötən dövrü ərzində də Azərbaycanda inflyasiyanın göstəriciləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin göstəricilərindən yüksəkdir", - deyə deputat vurğulayıb.
Anar Kəlbiyev