"Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişən kimi banklararası faiz dərəcələri dəyişməyə başlayır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
“Bu, o deməkdir ki, artıq bu transmissiya işləməyə başlayıb. Hədəfimiz odur ki, bu faizlər qısa müddətli olsun. Hazırda uçot dərəcəsinin bank faizlərinə təsiri qeyri-qənaətbəxşdir. Amma biz komanda olaraq çox şadıq ki, bu transmissiya artıq işləməyə başlayıb. Daha effektiv olanda bunun kredit və depozit faizlərində də təsirini görəcəyik. Uçot dərəcəsinin işləməsi çox böyük və mürəkkəb prosesdir. Buna zaman lazımdır. Hər ay banklarla görüş keçiririk ki, bu sistem effektiv olsun”, - deyə AMB sədri vurğulayıb.
Anar Kəlbiyev