Bu ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz artıb.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
"Bu ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları 4,7 milyard manat təşkil edib", - nazir bildirib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala investisiyaların həcmi 18 milyard 272 milyon manatdan çox olub. Real ifadədə artım 2021-ci illə müqayisədə 5,5 faiz təşkil edib.