Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.
"Unikal" xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 2,22% artaraq 76,77 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.