Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirəcək. Ölkə 2025-ci ilə qədər bu marşrut üzrə ixrac daşımalarının həcmini iki dəfə, 2030-cu ilə qədər isə üç dəfə artırmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz Volqa-Baltik kanalında dərinləşdirmə işləri aparırıq. Artıq bu il o, 4,5 m dərinliyi olan gəmiləri qəbul edə biləcək. Şərq istiqamətinə gəlincə, 2025-ci ilə qədər onun ixrac potensialı 30%, 2030-cu ilə qədər isə 2022-ci ilin səviyyəsinə nisbətdə daha 100 milyon ton artmalıdır”, - prezident bildirib.