İran, Rusiya və Azərbaycan dəmir yolu infrastrukturunun inkişafına dair saziş imzalayacaqlar.
"Unikal" xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİİK) Nəqliyyat və İnfrastruktur Departamentinin direktor müavini Yelena Şerişeva məlumat verib.
"İran, Rusiya və Azərbaycan dəmir yolu infrastrukturunun inkişafı və Şimal-Cənub marşrutu üzrə yükdaşımaları sahəsində əməkdaşlıq sazişinin imzalanmasını yaxın vaxtlarda başa çatdırmağı planlaşdırır", - deyə məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu