İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri artırılıb.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərclərinin hər birinin 5 milyon manat artırılaraq müvafiq olaraq 212 milyon 668 min 344,50 manatdan 217 668 344,50 manata qaldırılıb.