"Azərbaycan qazının tezliklə ölkəmizə çatdırılacağına ümidvarıq".
"Unikal" report-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Macarıstanın təbii enerji resursları yoxdur və bu məsələdə xarici ölkələrdən asılıdır: "Ona görə də Azərbaycanla təbii enerji resurslarını əldə etmək üçün ikitərəfli müqavilə imzalayıb. Ancaq bunu hələ də reallaşdıra bilmir. Çünki təbii qaz boru kəməri ilə ötürüldüyündən infrastruktura ehtiyac var. Biz Avropa İttifaqından bu məsələdə yardım istədik, ancaq Macarıstana dəstək verilmədi. Avropa İttifaqı bu məsələdə etibarını itirib. Biz ümid edirik ki, Yunanıstan, Türkiyə və digər qonşu və sərhəd ölkələrlə birləşib regional infrastrukturumuzu yaxşılaşdırmaqla tezliklə Azərbaycan qazından yararlana biləcəyik".