Bu ilin I rübü ərzində Azərbaycanın regionlarından 353,1 milyon manat məbləğində vergi yığılıb.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
"Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 % çoxdur", - nazir qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.