İyunun 23-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, qəbul saat 11:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Şabran və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərdən Şabran rayonu “3 №-li Yol İstismarı” və Xaçmaz rayonu “4 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.