"Azərbaycanda dərman qiymətləri optimallaşdırılmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda dərman vasitələrinin qiyməti bahadır. “Bunun üçün digər ölkələrdə olan dərman qiymətlərinə diqqət etmək lazımdır. Tarif Şurası qiymətləri tənzimləyərkən bunu nəzərə almalıdır”.

Deputat qeyd edib ki, bəzən həkimlər qida əlavələrini müalicə kursunun içərisində digər dərmanlarla yanşı reseptdə yazırlar, bu, tamamilə yanlışdır. 

"Buna nəzarət ciddi olmalıdır. İnanıram ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklərdən sonra qida əlavələrini dərman kimi yazılması təcrübəsindən əl çəkiləcək. Bu çox zərərli adətdir”.