Hazırda Analitik Ekspertiza Mərkəzinin strukturuna dəyişiklik layihəsi hazırlanır.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Onun sözlərinə görə, həmin mərkəz idxalçıların və gömrük komitəsinin dərman anbarlarının zəruri tələblərə cavab verib-verməməsinin monitorinqini aparacaq. 

Nazir müavini bildirib ki, dərmanların keyfiyyət məsələsinə nəzarət mexanizmi qanunvericilikdə öz əksini tapmalıdır: “Hər dərman idxalı partiyası zamanı gözlənilən müddət ərzində nazirliyin müvafiq qurumu tərəfindən müayinə olunacaq. Elektron təqib və elektron reseptlə dərman vasitələrinə nəzarət sistemini təmin edə biləcəyik”.