Hindistanın Azərbaycandakı səfiri  ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Sridharan Madhusudhananla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

Görüşdə “Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” çərçivəsində qarşıda duran vəzifələr, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.