Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qərbi Azərbaycan Ensiklopediyası" hazırlanacaq.

"Unikal" xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, AMEA Rəyasət Heyətinin iclasında Qərbi Azərbaycan üzrə aparılan tədqiqatlarla bağlı bir sıra qərarlar qəbul olunub və ensiklopediyanın hazırlanmasını təmin etmək məqsədilə müvafiq İşçi qrupu yaradılıb.