Azərbaycanda dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərən siyasi partiyalar cərimələnəcək.

"Unikal" xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Belə ki, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.