Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları “Kainat” Tədris Mərkəzinin Zaqatala filialının təşkilatçılığı ilə Zaqataladan olan abituriyentlərlə görüşüblər.

"Unikal" xəbər verir  ki, tədbirə “Kainat” Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev, Şəki-Zaqatala Regional Təhsil şöbəsinin nümayəndələri, AzMİU-nun Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları Aynurə Bayramova,  Rəna Cəbrayılova, Zaqatala filialının abituriyentləri və bölgə məktəbliləri qatılıblar.   

Görüşdə AzMİU-nun tanıtımı həyata keçirilib. Bölgə məktəblilərinə  universitetin maddi-texniki bazası, ixtisasları, beynəlxalq əlaqələri, ikili diplom layihələri, tələbə həyatından danışılıb, bukletlər paylanılıb.

AzMİU haqqında geniş məlumatlandırmadan sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.