İyunun 20-si saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Zaqatala, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonundan axan Dəstəfurçaydan və Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.