"Hazırda vətəndaşlarda 14 milyona yaxın kart var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, 2022-ci ildə Azərbaycanda ödəniş kartları vasitəsilə 24,4 milyard ödəniş elektron formada həyata keçirilib.
"Son 5 il ərzində ölkədə ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi təxminən 8 dəfə artıb. Son bir il ərzində ödəniş kartları vasitəsilə 460 milyon dəfə əməliyyat keçirilib ki, bu da son 5 ildə 12 dəfə artım deməkdir".
Anar Kəlbiyev