“Qanunun insanların gündəlik həyatına təsiri olsa da dili mürəkkbədir”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, iqtisadçı və maliyyəçi olmayanın bu qanunu oxuyub dərk etməsi həddindən artıq çətindir.
“Qanun müzakirəyə çıxarılmamışdan əvvəl Mərkəzi Bank tərəfindən bunun barəsində açıqlama və izahatların verilməsinə ehtiyac va idi".
Anar Kəlbiyev