"Bu gün elektron pul təşkilatları bazarında bəzi oyunçular var, amma onların əməliyyat həcmi ilə bağlı dəqiq statistikanı apara bilmirik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Rəşad Orucov deyib.
“ "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbulundan sonra bu statistika daha dəqiq olacaq. Amma bu sahəyə böyük maraq var və aktiv istifadəçilərin sayı daim artır”.
Anar Kəlbiyev