"Əldə olunmuş nailiyyətlərə baxmayaraq, kifayət qədər problemlər də mövcuddur. Qanunvericilikdə boşluqların olmasından irəli gələrək biz nəzarət çərçivəsində çox böyük həcmdə problemlə rastlaşmışıq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
Xidmət rəisi bildirib ki, keçən il dövlət təşkilatlarının davranışlarında yol verdiyi qanun pozuntuları ilə bağlı 14 %-ə yaxın protokol ləğv edilib.
"Pozuntuları təhlil edərək, boşluqları başa düşərək qanunun aktuallığını qeyd etmişik", - deyə M.Abbasbəyli vurğulayıb.
Anar Kəlbiyev