"Bu sahədə daha elektronlaşmaya getməliyik. İnsan amili harada varsa, orada problem kifayət qədərdir".
"Unikal" xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Hesablama Palatasının rəyində həmişə satınalma birinci yerdə gedir. Ən çox problem satınalmada olur", - deyə deputat bildirib.
Anar Kəlbiyev