"Dövlət satınalmaları üzrə bir neçə istiqamətdə stereotiplər formalaşıb. Məsələn, hansısa idarədə kiminsə vəzifəyə gəlməsinə razılaşırlar, sonra deyilir ki, filan vəzifə barədə müsabiqə elan edilir".
"Unikal" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, “Dövlət satınalmaları haqqında" qanun layihəsində əlavə işlək mexanizmlər qurulmalıdır ki, bu stereotiplər aradan qaldırılsın.
Ə.Məsimli qeyd edib ki, məmur sahibkarlığı satınalmalarda xeyli dərəcədə mənfi rol oynayır.
"Bəzən məmurlar kiminsə idarə etdiyi şirkətin xeyrinə satınalmalara təsir göstərir. Bu qanun layihəsi onların aradan qaldırılmasına gətirib çıxarmsa, satınalmalar işləməyəcək".
Anar Kəlbiyev