Qazaxıstan və Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə şirkətin yaradılması haqqında saziş imzalayıblar.
"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, sabah Qazaxıstanın baş naziri Əlixan Smailovun səfəri zamanı Gürcüstan da sənədi imzalayacaq.
Qeyd olunur ki, şirkətin əsas vəzifəsi Çin və Avropa arasında yükdaşımaları həyata keçirmək olacaq. Marşrut boyu malların çatdırılma müddətinin bir neçə dəfə azalacağı bildirilir.