"Sabit məzənnə rejimi özünü doğruldur. Mərkəzi Bankın əsas siyasəti makroiqtisadi sabitlikdir, məzənnə siyasəti deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, məzənə siyasəti yalnız makroiqtisadi sabitliyin təmin edilməsi üçün olan rejimdir:
"Ölkəmizdə makroiqtisadi sabitliyin təmin edilməsi üçün hansı rejim tələb olunacaqsa, Mərkəzi Bank da onun üzərində fokuslaşacaq".
Anar Kəlbiyev