"Mərkəzi Bankın sədrinin imzanın pul nişanlarının üzərində nə vaxt imzasının olacağı ilə bağlı məsələ qaldırılmışdı".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, kifayət qədər çap olunmuş valyuta ehtiyatımız var: "Ona görə də dövlət xərclərini səmərəli icra edərək hazırda imza ilə bağlı tələsmirik. Düşünürəm ki, imzadan əvvəl pul bərəkətli olmalıdır. Onu da qeyd edim ki, 1 manatlıq əskinaslar tez köhnəldiklərinə görə, avqust-sentyabr aylarında yeni imza ilə tədavülə buraxılacaqlar".
Anar Kəlbiyev