"Satınalmalarla bağlı problemlər kifayət qədər çoxdur. Son iclasda da baxdım, satınalmalarla əlaqədar nöqsanlar var idi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O qeyd edib ki, Azərbaycanda dövlət satınalmalarında və dövlətə məxsus ayrı-ayrı hüququ şəxslərin satınalmalara qeydə alınan qanun pozuntuları arasında ehtimal olunan qiyməti düzgün hesablamaması və vəsaitlərə qənatli yanaşılmaması kimi hallar üstünlük təşkil edib.
"Dövlət satınalmalarında belə hallar kifayət qədərdir", - deyə V.Əhmədov bildirib.
Anar Kəlbiyev