"Rabitəbank" Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və bankın yaranmasının 30 illiyi ilə əlaqədar olaraq silsilə şəkildə həyata keçirdiyi korporativ sosial layihələrini davam etdirir.
"Unikal" xəbər verir ki, “Rabitəbank” ASC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə birlikdə Masallının Boradigah, Ərkivan və Banbaşı kəndlərinin hər birində 30 olmaqla toplamda 90 aztəminatlı ailəyə ərzaq yardımı göstərib.
Qeyd edək ki, bundan öncə də korporativ sosial layihələr çərçivəsində bir çox xeyriyyə tədbirlərinə imza atmış Rabitəbank öz ənənələrinə sadiq qalaraq, bu cür təşəbbüskar addımlar atmağı davam etdirəcək.
Xatırlatmaq istərdik ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.