Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.