Cari ilin I yarısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 1 milyard 967,9 milyon manat vəsait xərclənib.

“Unikal” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib. 

Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3000,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sənədlər əsasında 65,6 faizi və ya 1967,9 milyon manatı istifadə olunub.

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilmişdir ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5 faizinə bərabərdir.