Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı yeni klubu “Yurqorden”də ilk məşqinə çıxıb.

"Unikal" xəbər verir ki, bununla bağlı İsveç təmsilçisi "facebook" hesabında paylaşım edib.

M.Qurbanlı iyulun 17-də “Malmö”yə qarşı İsveç çempionatının 15-ci turunun oyununda iştirak edə bilər.

Qeyd edək ki, bu yay "Qarabağ"dan ayrılan M.Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.