Azərbaycanın elmi-pedaqoji ictimaiyyətinə ağır itki üz verib.
Dövlət İmtahan Mərkəzindən "Unikal"a verilən məlumata görə, tanınmış alim, pedaqoq Hikmət Hüseyn oğlu Kazımov avqust 21-də 72 yaşında vəfat edib.
Hikmət Kazımov uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib. O, “Abituriyent” jurnalının məsul katibi kimi də fəaliyyət göstərib və jurnalın elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr verib.