Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin  İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri ilə görüşüb. 

"Unikal" xəbər verir ki, görüş Moskvada baş tutub. 

Rusiya Federasiyasının Müdafiə Nazirliyi açıqlayıb ki, danışıqlar zamanı tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazirlik həmçinin qeyd edib ki, generallar dialoqu dərinləşdirmək və müdafiə sektorunda əlaqələrin inkişaf səviyyəsini artırmaq niyyətlərini təsdiqləyiblər.

Ağarza Elçinoğlu