Sankt-Peterburqda hərbi yük maşını ilə iki minik avtomobili toqquşub.

“Unikal” xəbər verir ki, Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn özünün Teleqram kanalında qəza nəticəsində 4 hərbçinin öldüyünü bildirib. Daha 3 hərbçi yaralanıb. 

Onun sözlərinə görə, yük maşını 33-cü briqadanın bir qrup əsgərini aparırmış. 

Qəzanı törətdiyi iddia edilən şəxs hadisə yerindən qaçıb.

Nuranə Abbasova