İspaniya Deputatlar Konqresinin (parlamentin aşağı palatası) sədri Fransina Armenqol sentyabrın 26 və 27-nə ölkənin baş nazirinin seçilməsi ilə bağlı səsvermə təyin edib.

“Unikal” xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, tarixlər Konqresin sədri ilə mühafizəkar Xalq Partiyasının namizədi Albert Nunes Feyxoo arasında baş tutan anışıqlardan sonra müəyyən edilib. Qeyd edək ki, İspaniya kralı VI Filip Feixoonun baş nazir postuna namizədliyini irəli sürüb.

Nuranə Abbasova