ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası üçün 72 milyon dollardan çox vəsait toplaya bilib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Federal Seçki Komissiyası məlumat verib.

Məlumata görə, Tramp 2022-ci ilin noyabrında prezident seçkilərində iştirakını elan etdikdən sonra əldə etdiyi 61 milyon dolları iyulun sonuna kimi 72 milyon dollara qaldırıb.