Yunanıstanda meşələri yandıran 5 nəfər həbs edilib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, tutulanlardan biri Almaniyadan olan 20 yaşlı turistdir. 

O, Rodos adasında həbs edilib. Onun qaldığı Fanes ərazisindəki otelin işçiləri turistin qamışlıqları yandırdığını görüblər.

Yunanıstanın digər bölgələrində də həbslər həyata keçirilib və əldəqayırma yandırıcı qurğular aşkar edilib.

Nuranə Abbasova