Kanadanın Baş naziri Castin Trüdo Ukraynanın “Krım Platforması” forumunda çıxışı zamanı Rusiyanın hərbi, sənaye, maliyyə və nüvə sektorunda fəaliyyət göstərən 4 fiziki və 29 hüquqi şəxsin ölkənin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.

"Unikal" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Trüdo konkret olaraq sanksiyaların kimə qarşı tətbiq olunduğunu açıqlamayıb.

Konkret məlumatların daha sonra dərc olunacağı gözlənilir.