"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğradığı yerin yaxınlığındakı Kujenkino kəndinin girişində yol polisi postu qurulub. 

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Məlummata görə, kəndə giriş bütün tərəflərdən bağlanıb. 

Polis əməkdaşları səbəbi açıqlamayıb. 

Qeyd edək ki, dünən qəzaya uğrayan özəl təyyarədə Priqojinlə birgə digər 9 nəfər də həlak olub. 

Ağarza Elçinoğlu