Kaliforniya ştatının Trabuko-Kanyo şəhərində atışma olub.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, atışma nəticəsində azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb. İnsident “Kuk's Corner” baykerlər üçün nəzərdə tutulmuş barda keçmiş hüquq-mühafizə orqanı əməkdaşı ilə həyat yoldaşı arasında mübahisə zəminində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Nuranə Abbasova