Cənubi Afrika Respublikasının ev sahibliyi etdiyi 15-ci BRİKS Zirvə toplantısında Çin sədri Si Cinpin maraqlı anlar yaşayıb. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Cinpin sammitin keçiriləcəyi əsas zala gedərkən ev sahibinin təhlükəsizlik qrupu Çin liderinin komandası və mühafizəçilərini çöldə qoyaraq qapını arxadan bağlayıb.

Həmin anlarda Cinpin nə baş verdiyini anlamaq üçün dönə-dönə geriyə baxıb, lakin bir şey anlamayaraq yeriməyə davam edib. 

Nuranə Abbasova