Rusiyanın Moskva şəhərində XIX əsrə aid kanalizasiya kollektorunda tura çıxan şəxslər qəfil daşqın səbəbindən həlak olublar.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyaninin “dəhşətli faciə” adlandırdığı hadisə nəticəsində 7 nəfər və bələdçi ölüb. Qrup Moskva çayının yeraltı Neqlinka qolunun kəşfiyyat turunda iştirak edib.

Ölənlər arasında uşaqlar da var. Bundan başqa, Rusiya mediasının məlumatına görə, Voronej vilayətində 46 yaşlı iş adamı Vladimir M. və onun 18 yaşlı oğlu Mixailin də kanalizasiya kollektorunda meyitləri tapılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Turu təşkil edən 3 nəfərdən biri həbs edilib. 

Nuranə Abbasova