Almaniyanın keçmiş xarici işlər naziri Hayko Maas və aktrisa Nataliya Vörner artıq münasibətdə olmadıqlarını açıqlayıblar.

“Unikal” “Der Spiegel”ə istinadən xəbər verir ki, bu barədə cütlük birgə açıqlama yaayıblar. 

“Biz dost olaraq qalacağıq və ürəkdən bir-birimizə gələcək üçün ən yaxşısını arzulayırıq”, - açıqlamada deyilir.

Qeyd edək ki, Hayko ilə Nataliya 2016-cı ildən – keçmiş nazir həyat yoldaşından boşanmamış münasibətdədirlər. Onların sevgili olması xəbəri böyük səs-küyə səbəb olmuşdu. 

Nuranə Abbasova