Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Lukaşenkoun təbrik məktubunda deyilir:

"Belarusların və ukraynalıların bir çox nəsilləri əsrlər boyu mehribanlıq və hörmət şəraitində yaşayıb. Qədim zamanlardan əcdadlarımız ticarətlə məşğul olub, övladlar böyüdüb, birlikdə faşizmə qarşı cəsarətlə döyüşüb, ümumi dövlət qurublar".

Lukaşenko əlavə edib ki, bu gün də iki xalqı əməksevərlik, böyüklərə və öz adət-ənənələrinə hörmət, orijinal mədəniyyət kimi xarakterik xüsusiyyətləri birləşdirir.

O, qarşıdurmaya son qoymaq üçün Belarus və Ukraynanın qonşuluq münasibətlərindən istifadə etməyə çağırıb və "bunun üçün lazım olan hər şeyi və daha çoxunu" etməyə hazır olduğunu bildirib.

Nuranə Abbasova